“Növbədənkənar seçki keçirmək üçün səbəb yoxdur” - Əli Əhmədov

  04 İyul 2019    Oxunub : 1673
“Növbədənkənar seçki keçirmək üçün səbəb yoxdur” - Əli Əhmədov
"Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur"

Azvision.az xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
"Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər", - deyə Ə.Əhmədov qeyd edib.

YAP sədrinin müavini xatırladıb ki, bu ilin dekabrında ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir - noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək".

Azvision.az



Teqlər: ƏliƏhmədov   YAP