Bakının yeni hərbi prokuroru kimdir? - DOSYE

  Bakının yeni hərbi prokuroru kimdir? -    DOSYE
  04 İyul 2019    Oxunub:58216
Xəbər verdiyimiz kimi, Bakıya yeni hərbi prokuror təyin edilib. Baş Prokuror Zakir Qaralovun əmri ilə bu vəzifəyə ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu təyinat alıb.
Azvision.az -ın məlumatına görə, İ.Rzayev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.

2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Hərbi Prokurorluğun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorunun köməkçisi, böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib.

Qey edə ki, İ.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb.

Ailəlidir, iki oğul və bir qız övladı var.

Azvision.az


Teqlər: Hərbi-Prokuror  





Xəbər lenti