Süd emalı sexində antisanitar vəziyyət - FOTO
Məlum olub ki, qəbul olunan xammal açıq havada - günəş şüalarının altında saxlanılır və istehsal sahəsinə daşınan zaman temperatur rejimi və daşınma qaydalarına əməl olunmur. Müəssisədə xammal qəbul olunan və süd məhsulları qablaşdırılan emal sahəsində antisanitar şəraitin hökm sürdüyü müəyyən edilib.
Baxış zamanı istehsal üçün nəzərdə tutulmuş süd məhsullarının plastik vedrələrə yığıldığı və sanitar normalara uyğun olmayan şəraitdə saxlanıldığı məlum olub. Yoxlama zamanı məhsulların istehsalında qanunsuz olaraq bitki tərkibli qarışıq yağlardan, süd yağı əvəzedicisindən, eyni zamanda “Pimalac” antibiotikindən istifadə edildiyi aşkarlanıb.
Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.
Azvision.az
Teqlər: AQTA Sex Nöqsan Süd Məhsul