Putin Roma Papasına film hədiyyə etdi - VİDEO

 Putin Roma Papasına film hədiyyə etdi -  VİDEO
  05 İyul 2019    Oxunub:3666
Rusiya prezidenti Vladimir Putin İtaliyada rəsmi səfərdədir.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin səfər çərçivəsində Roma Papası Fransisklə görüşüb.
Vatikanda baş tutan görüşdə tərəflər bir-birilərinə maraqlı hədiyyələr veriblər. Belə ki, Putin Papaya intibah dövrünün dahi rəssamlarından olan Mikelancelonun işlərindən ibarət albom, “Müqədəss Pyotr və Pavel” ikonası və Andrey Konçalovskinin “Günah” filminin diskini hədiyyə edib.

Papa isə Putinə Vatikanın XVIII əsr görüntüsünü özündə əks etdirən qravür və medal verib.



Azvision.az


Teqlər: Putin   Roma   Papa   Rusiya  





Xəbər lenti