Erməni deputatlar ATƏT PA-da gülünc vəziyyətə düşdülər

  04 İyul 2019    Oxunub : 1553
 Erməni deputatlar ATƏT PA-da gülünc vəziyyətə düşdülər
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Lüksemburqda keçirilən 28-ci illik sessiyasında “ATƏT məkanında korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə milli parlamentlərin rolu” adlı qətnaməyə düzəlişlər ətrafında qızğın debatlar gedir.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, qətnamə Kiprdən olan deputat İren Haralambidis və onun isveçli həmkarı Marqareta Sederfelt tərəfindən hazırlanıb.

Müzakirələrdə çıxış edən Ermənistandan olan deputat qəfildən ölkəsinin korrupsiyaya qarşı mübarizədəki “uğurlarından” danışmağa başlayıb. O, bütün bu mübarizənin bir korrupsiyaçıların yeni hakimiyyətə meyilli digər korrupsiyaçılarla əvəz olunmasına gətirib çıxarmasını dəqiqləşdirməyi unutmuşdu.

Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəlişə qətnamənin iki sponsoru tərəfindən ziddiyyətli dəyərləndirmələrlə bağlı çıxışları bu cəfəngiyyatı komik vəziyyətə saldı. Marqareta Sederfelt düzəlişi rədd etdiyi halda, İren Haralambidis düzəlişin qəbul olunmasını təklif etdi.

Debatlar davam edir.

Azvision.az

Teqlər: AŞPA