Bulvarda iki nəfər dənizə düşüb

  05 İyul 2019    Oxunub : 775
 Bulvarda iki nəfər dənizə düşüb
Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Bulvar