İdmançılar üçün 810 min manat pul ayrılıb - SİYAHI

 İdmançılar üçün 810 min manat pul ayrılıb -  SİYAHI
  05 İyul 2019    Oxunub:2542
Belarusun paytaxtı Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılar 28 medal qazanıblar. Onlardan 5-i qızıl, 10-u gümüş və 13-ü isə bürüncdür.
Azvision.az xəbər verir ki, ötən gün Prezident İlham Əliyev II Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların məbləğinin müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, birinci yeri tutan idmançıya 50 min manat, ikinci yerə 30 min manat, üçüncü yerə görə isə 20 min manat məbləğində mükafat müəyyən edilib. Ümumilikdə 28 idmançıya ayrılan vəsaitin məbləği 810 min manatdır.

5 qızıl medal - 250 min manat,

10 gümüş medal - 300 min manat,

13 bürünc medal - 260 min manat


Bundan başqa, milli komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.

Azvision.az



Teqlər: Minsk   İdmançı   Pul   Mükafat  





Xəbər lenti