Ərdoğan sabiq AKP-çilər barədə: “Onları heç kim xatırlamır”

  05 İyul 2019    Oxunub : 857
Ərdoğan sabiq AKP-çilər barədə: “Onları heç kim xatırlamır”
“Biz yola çıxdığımız dostlarımızı hər zaman yoldaş olaraq qəbul etdik, amma yoldaş olmaqdan imtina edib, fərqli istiqamətə gedənlər oldu”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, həmin şəxslər ali məqsəddən uzaq düşüblər: “Bu məsələdə çox da narahat deyilik. Bizimlə birlikdə addımlayan dostlarımız mübarizə yoldaşlarımızdır”.

Sabiq AKP-çilər tərəfindən yeni partiya qurulacağına dair iddialara münasibət bildirən Ərdoğan qeyd edib: “Partiyadakı vəzifəli millət vəkilləri yoldaşlarımın belə bir addım atacağı müzakirə mövzusu deyil. Bu günə qədər buna bənzər hadisələrlə çox qarşılaşdıq. Hətta qrup şəklində sıralarımızı tərk edənlər oldu. Amma onların hər biri bu gün tarix olublar. Onları heç kim xatırlamır. Daha sonra yenə sıralarımızı tərk edənlər oldu. Onlar da tarix oldular. Təəssüf ki, hər bir siyasi partiya belə hallarla qarşılaşır”.

Kənan Məmmədov
Azvision.az

Teqlər: AKP   Ərdoğan