Azay Quliyev ATƏT PA-da erməniləri susdurdu - VİDEO

  05 İyul 2019    Oxunub : 3945
 Azay Quliyev ATƏT PA-da erməniləri susdurdu - VİDEO
Bu gün Lüksemburqda ATƏT Parlament Assambleyasının 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin iclasında Komitənin məruzəçisi irlandiyalı deputat Alen Farrellin hazırladığı Hesabatın və qətnamə layihəsinin müzakirəsi keçirilib.
Azvision.az -ın məlumatına görə, bu qətnamə layihəsinin 10-cu bəndi Azərbaycan üçün xüsusi ilə mühüm əhəmiyyətə malikdir. Burada diqqət Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə başlayan münaqişənin adına ("Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonu") yönəldilir.

Komitə iclasında çıxış edən Azay Quliyev açıq şəkildə bəyan edib ki, ATƏT-in müvafiq sənəd və qərarlarına uyğun olaraq, ATƏT-in bütün prinsip və öhdəlikləri uzanmüddətli münaqişələrə münasibətdə bərabər və qəti şəkildə tətbiq edilməlidir. Bu məsələyə dair fərqli yanaşma irəli sürmək güc tətbiqinin beynəlxalq hüquq normalarından üstün olmasının tanınması və ATƏT-in prinsip və öhdəliklərinin pozulması nəticəsində yaranan vəziyyətin qəbul edilməsi mənasına gətirib çıxarır.

Qeyd edək ki, ermənilər və erməni lobbisi qətnamənin bu məzmunda qəbulunu heç cür qəbul etmir, 10-cu maddənin ləğvi ilə bağlı ciddi və fasiləsiz iş aparırlar. Təsadüfi deyil ki, Azay Quliyev deputatlara müraciət edərək 10-cu maddənin ilkin redaktəsini dəstəkləməklərini istəmiş və "Biz Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ərazilərindəki uzanan münaqişələrin həllində hər hansı bir istisna və ya ikili yanaşmaya yol verə bilmərik”- deyib. Hazırda Komitə iclasında gərgin müzakirələr gedir.



Azvision.az

Teqlər: ATƏT   Azay-Quliyev