Azərbaycan-Çin forumunda 3 müqavilə imzalanacaq

  05 İyul 2019    Oxunub : 729
Azərbaycan-Çin forumunda 3 müqavilə imzalanacaq
Bakıda keçirilən Azərbaycan ilə Çin Xalq Respublikasının Şansi vilayəti (Sian) arasında ticarət və əməkdaşlıq forumunda ölkəmizdən 70-dək şirkətin, eyni zamanda, Şansi vilayətindən isə 40-dək şirkətin nümayəndəsi iştirak edir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZRPOMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Azəraycan-Çin iqtisadi əlaqələri genişlənir. Azərbaycanla Çinin kənd təsərrüfatı sahəsində də əməkdaşlığı üçün böyük potensial var.

Y.Abdullayev bildirib ki, forum çərçivəsində Azərbaycanla Çin arasında 3 müqavilə imzalanacaq.

Azvision.az

Teqlər: