İsveçdən ermənilərə ağır zərbə

   İsveçdən ermənilərə ağır zərbə
  06 İyul 2019    Oxunub:3325
“Qondarma erməni və süryani soyqırımlarını qəbul etməyimiz çətin görünür. Çünki bir ölkəni soyqırımçı elan etmək üçün əlinizdə güclü dəlillərin olması lazımdır”.
Azvision.az xəbər verir kİ, bunu İsveçin daxili işlər naziri Margot Wallström xarici media mənsubları üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Soyqırım iddialarını araşdırmaq üçün komissiya yaradıldığını xatırladan nazir deyib: “Keçmişdə baş verən hadisələrə görə, bir ölkəni soyqırımçı elan etməyin böyük məsuliyyəti var. Biz tarixçilərdən ibarət bir komissiya yaratmışıq. Bu məsələdə nəticə əldə etmək çox çətindir. Çünki bu hadisələri yaşayan canlı şahid yoxdur. İki ölkə bu hadisələri “soyqırım” olaraq qəbul edib. Bu qərarı bir qədər doğru hesab etmirəm. Çünki belə bir qərar qəbul edirsənsə, ardından başqa addımlar atmalısan”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Soyqırım   İsveç  





Xəbər lenti