Türkiyədə azərbaycanlı qadın güllələnib - FOTO

   Türkiyədə azərbaycanlı qadın güllələnib -    FOTO
  06 İyul 2019    Oxunub:22577
Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda 60 yaşlı Gürcüstan vətəndaşı yaşadığı evdə ölü tapılıb.
Azvision.az Report-a istinadən xəbər verir ki, həmin şəxsin 60 yaşlı Afət Məmmədli olduğu müəyyən olunub.

Qonşular A.Məmmədlinin evində atəş səsləri eşidildiyi barədə polisə xəbər veriblər. A.Məmmədlinin yaşadığı evə gələn təcili tibbi yardım maşını və polis əməkdaşları onun silahla qətlə yetirildiyini müəyyən ediblər.

Qadının evində iki güllə gilizi tapılıb.

Qətli törədən şəxs və ya şəxslərin axtarışları istiqamətində tədbirlər həyata keçirilir.



Azvision.az


Teqlər: Türkiyə   Qadın   Amasiya   Qətl  





Xəbər lenti