Gəncəçayda batan 2 gənc axtarılır

  07 İyul 2019    Oxunub : 574
Gəncəçayda batan 2 gənc axtarılır
Gəncəçay çayında 2 nəfər batıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirliyin "112" qaynar telefon xəttinə, Göygöl şəhərində 2 nəfərin Gəncəçay çayında batması barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Azvision.az

Teqlər: FHN   Gəncəçay