PKK-ya ağır zərbə: Liderlərdən biri zərərsizləşdirildi

      PKK-ya ağır zərbə: Liderlərdən biri zərərsizləşdirildi
  07 İyul 2019    Oxunub:1862
Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatı Qəndil bölgəsinin Kortek rayonunda birgə antiterror əməliyyatı keçirib.
Azvision.az xəbər verir ki, əməliyyat zamanı PKK/KCK terror təşkilatının “ali rəhbərliyi”də təmsil olunan Diyar Qarip Muhammed zərərsizləşdirilib.

Qeyd edək ki, “Halmat Diyar” ləqəbli Diyar Qarip Muhammed 1973-cü ildə İraqın Süleymaniyə bölgəsində doğulub. 1992-ci ildə terrorçuluq fəaliyyətinə başlayan həmin şəxs son illər PKK/KCK terror təşkilatının 7 rəhbərindən biri olub. O, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatının aparıcı şəxslərindən birinə çevrilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər:





Xəbər lenti