Gəncəçayda batan 2 nəfərin meyiti tapılıb

  07 İyul 2019    Oxunub : 660
Gəncəçayda batan 2 nəfərin meyiti tapılıb
Gəncəçay çayının Göygöl şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Səfərov Akif Arzu oğlu və 2007-ci il təvəllüdlü Rzayev Ruzgar Famil oğlunun axtarışları başa çatıb.
Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən verdiyi məlumata görə, A.Səfərovun və R.Rzayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: