Zaqatala və Ağcəbədidə yanğın olub

Zaqatala və Ağcəbədidə yanğın olub
  08 İyul 2019    Oxunub:1315
Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində ümumi sahəsi 35 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 300 kq ot bağlaması yanıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Salmanbəyli kəndində isə ümumi sahəsi 50 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər:





Xəbər lenti