Yanğına görə Qarayev prospektində sıxlıq yaranıb

Yanğına görə Qarayev prospektində sıxlıq yaranıb
  08 İyul 2019    Oxunub:1556
Bakı Nəqliyyat Agentliyi Nizami rayonunda baş verən yanğınla əlaqədar marşrut xətlərinin hərəkətini tənzimlənməsi məqsədi ilə tədbirlər görür
BNA-dan Azvision.az -a verilən məlumata görə, bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

"Bununla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətini tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür".



Azvision.az



Teqlər: BNA   Yanğın  





Xəbər lenti