Milli Məclis toplanır - İclasda 38 məsələyə baxılacaq

  08 İyul 2019    Oxunub : 1201
 Milli Məclis toplanır - İclasda 38 məsələyə baxılacaq
Sabah Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.
Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   İclas