"Rustavi 2" kanalının iki əməkdaşı istefa verib - VİDEO

"Rustavi 2" kanalının iki əməkdaşı istefa verib -  VİDEO
  08 İyul 2019    Oxunub:4045
"Rustavi 2" televiziya şirkətinin iki əməkdaşı "P.S." proqramında Rusiya prezidenti Vladimir Putinə qarşı təhqirlərə etiraz olaraq istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə "Sputnik-Gürcüstan" məlumat yayıb. Kanalın operatoru Levan Marqvelaşvili televiziya kanalının yaxınlığında kamerasını atıb və press kartını cırıb.

“Mənim ailəm var, istəmirəm ki, məni təhqir etsinlər”,-deyə o bildirib.

Kanalı həmçinin tərk edənlər arasında Levan Rostomauli də var. O, ölkədə ən reytinqli serial olan “Mənim arvadımın rəfiqələri” üzərində işləyir.

Qeyd edək ki, Rustavi-2-də yayımlanan “P.S.” proqramının aparıcısı Georgi Qabuniyanın verilişin başlanğıcından Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, ona qarşı müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra televiziya binası qarşısında yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil olunub.



Şahanə Rəhimli
Azvision.az




Teqlər: Gürcüstan   Putin  





Xəbər lenti