Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gəlib

  08 İyul 2019    Oxunub : 1413
 Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gəlib
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 8-də Azərbaycana səfərə gəlib.

Azvision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək.

D.Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək.

Qeyd edək ki, D.Tusk iyulun 11-də Avropa Şurasının prezidenti "Şərq tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışında iştirak edəcək.

Azvision.az

Teqlər:   DonaldTusk