Bakı-Tbilisi qatarının yolda qalma səbəbi açıqlanıb

   Bakı-Tbilisi qatarının yolda qalma səbəbi açıqlanıb
  09 İyul 2019    Oxunub:2114
8 iyun 2019-cu ildə, saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Azvision.az -a verilən məlumata görə, hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və ordan təyinatı üzrə yola salınıb.

Qeyd olunub ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar hazırda qrafik üzrə hərəkət edir.


Azvision.az


Teqlər: BTC   Qatar  





Xəbər lenti