FHN Masallıdakı qəza ilə bağlı məlumat yayıb

FHN Masallıdakı qəza ilə bağlı məlumat yayıb
  09 İyul 2019    Oxunub:1499
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Masallı rayonunda “Mercedes” markalı mikroavtobus və "КамАЗ" markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az




Teqlər: Qəza   FHN   Masallı  





Xəbər lenti