“İdxaldan imtina halı azalıb” - AQTA sədri

“İdxaldan imtina halı azalıb” -    AQTA sədri
  09 İyul 2019    Oxunub:1250
“Planlı və plandankənar yoxlamaların statistikasına əsasən, sözügedən dövrdə ölkə ərazisində ümumilikdə 743 sayda planlı və plandankənar yoxlamalar həyata keçirilib”.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, agentliyin fəaliyyət göstərdiyi 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən 7 dəfə idxaldan imtina halı müşahidə edilib.

“Halbuki 2017-ci ilin yanvar ayından Agentlik fəaliyyətə başladığı tarixədək bu cür imtina hallarının sayı 36 idi”.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   İdxal  





Xəbər lenti