“Bəzi ekspertlər qaragüruhçuluqla məşğuldurlar” - Qoşqar Təhməzli

  09 İyul 2019    Oxunub : 1080
 “Bəzi ekspertlər qaragüruhçuluqla məşğuldurlar” - Qoşqar Təhməzli
“Mətbuatda bəzən məsuliyyətsiz məqalələrlə rast gəlirik. Bu yaxınlarda özünü ekspert kimi qələmə verən şəxs müsahibəsində bildirib ki, Azərbaycana idxal olunan məhsulların 99 faizi GMO məhsullarıdır. Bu yalandır və onlar qaragüruhçuluqla məşğul olan şəxslərdirlər”.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, bütün dünya üzrə 30 adda bitki genetik modifikasiya olunub, onun 504 növü məlumdur, bu bütün dünyanın aparıcı ölkələrin reyestrində oturub.

“Həmin məhsulların içərisində dəfələrlə adları çəkilən bir çox meyvə yoxdur. Məsələn, çiyələk, armud, qarpız, gilas, xiyar və başqa bitkilərin genetik modifikasiyası mövcud deyil. GMO ərzaq təhlükəsizliyinin təmin olunması üçün ortaya çıxıb. Dünyanın ən çox genetik modifikasiya olunan məhsulu qarğıdalıdır. Onun 238 növü genetik modifikasiya olunub.

Azərbaycan ərazisinə idxal olunan bütün məhsullar müvafiq eksperizalara cəlb olunub. İnsan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA