Pensiyaların artırılması ilə bağlı dəyişiklik II oxunuşda qəbul edilib

   Pensiyaların artırılması ilə bağlı dəyişiklik II oxunuşda qəbul edilib
  09 İyul 2019    Oxunub:2514
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Pensiya  





Xəbər lenti