Qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb

 Qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb
  09 İyul 2019    Oxunub:1667
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində kollegiya iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, cari ilin birinci yarısında miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş 1 əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində 4227 müraciət daxil olub. Daxil olan müraciətlərdən 3540-ı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə əlaqədardır.

Azvision.az


Teqlər: Miqrasiya   Naxçıvan  





Xəbər lenti