Bakıda yanğın: 12 nəfər təxliyə olunub

Bakıda yanğın:  12 nəfər təxliyə olunub
  10 İyul 2019    Oxunub:2098
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Bakı   Yanğın  





Xəbər lenti