Prezident onları təltif edib

  10 İyul 2019    Oxunub : 961
 Prezident onları təltif edib
Prezident İlham Əliyev iyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, təltif olunanlar arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşları da var.

Prezidentin sərəncamı ilə Ələkbərli Vüsal Ziyad oğlu və Cəfərov Nadir Yavər oğlu “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Azvision.az

Teqlər: Naxçıvan   Diplomatik-xidmət