Nazirlik: İntihar edən qız Avropa çempionu deyil

  10 İyul 2019    Oxunub : 772
 Nazirlik: İntihar edən qız Avropa çempionu deyil
Dördqat Avropa çempionun intihar etməsi ilə bağlı yayılan informasiya yalandır.
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O bildirib ki, millidə heç vaxt belə adda idmançı olmayıb.

Qeyd edək ki, mətbuatda Nizami rayonu, Elşən Süleymanov küçəsində 2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atması ilə bağlı xəbər yayılıb. Məlumatda A.Məmmədzadənin akrobatika üzrə dördqat Avropa çempionu olduğu qeyd olunub.

Aytən Zəhra
Azvision.az

Teqlər: İntihar