Əcnəbi qaçaqmal narkotik daşıyıcıları saxlanılıb

 Əcnəbi qaçaqmal narkotik daşıyıcıları saxlanılıb
  11 İyul 2019    Oxunub:2002
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşı saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, onlar Respublika ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşlarıdır. Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində Mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsində gizlədilmiş ümimilikdə 1 kiloqram 235 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır

Azvision.az


Teqlər: narkotik   DİN  





Xəbər lenti