Komitə sədrinin qəbul vaxtı dəyişdirilib

Komitə sədrinin qəbul vaxtı dəyişdirilib
  11 İyul 2019    Oxunub:1639
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 30-da Qax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitədən Azvision.az -a bildiriblər ki, qəbul iyulun 25-də keçiriləcək.

Qeyd edək ki, DQİDK sədrinin müavinlərinin keçirəcəyi vətəndaş qəbullarının tarixi dəyişilməz olaraq qalıb. Qəbullar 30 iyul tarixində Zaqatala və Balakən rayonlarında keçiriləcək.

Azvision.az


Teqlər: Qəbul  





Xəbər lenti