Həkimlərin maaşlarında ikihissəli artım olacaq

  11 İyul 2019    Oxunub : 4925
 Həkimlərin maaşlarında ikihissəli artım olacaq
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənəcək.

Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib.



Z.Əliyev qeyd edib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq:

“Biz bununla bağlı pilot layihə tətbiq etmişdik. Yeni əmək haqqı pilot layihədəkindən fərqli olacaq. Birinci hissədə həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr olacaq".

Azvision.az

Teqlər: Həkim   Maaş