375 kq yararsız ət aşkarlandı
Ağdam rayonu ərazisində Ağcabədi rayon sakini A.Nəsibovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 175 kiloqram, Ağdaş rayonu ərazisində isə Mingəçevir şəhər sakini M.Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 200 kiloqram ət məhsulu aşkar edilərək götürülüb.
Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Azvision.az
Teqlər: DİN AQTA Yararsızət