Komitə sədri Dunya Miyatoviçlə görüşüb
Qeyd olunub ki, təcavüzkar Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlamaqla bu ərazilərin əzəli sahibi olan yüz minlərlə insanın hüquqlarını pozmaqda davam edir. Eyni zamanda bildirilib ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş üzrə düşünülmüş və effektiv dövlət siyasəti həyata keçirilir.
Dunya Miyatoviç Dövlət Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu bildirib.
İyul ayının 9-da Bakının Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanası və Sabunçu rayonunda salınan "Şuşa şəhərciyi"ndə məcburi köçkünlərlə görüş keçirdiyini xatırladan Dunya Miyatoviç ölkəmizə yenə səfər edəcəyini söyləyib.
Azvision.az