Zabitlərin döyüş hazırlığı yoxlanılıb - VİDEO

Zabitlərin döyüş hazırlığı yoxlanılıb -    VİDEO
  11 İyul 2019    Oxunub:2068
Əlahiddə Ümumqoşun Ordunun bölük, batareya komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı toplantısı çərçivəsində nəzəri və praktiki məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.
Bu barədə Azvision.az -a Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yoxlanış Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilib. Bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.



Azvision.az



Teqlər: Naxçıvan   Ordu   Təlim  





Xəbər lenti