Əfqanıstanda terror: Ölü və yaralılar var

Əfqanıstanda terror:    Ölü və yaralılar var
  13 İyul 2019    Oxunub:1821
Əfqanıstanın Nanqarxar vilayətinin Cəlilabad şəhərində bombalanmış avtomobil partladılıb.
Azvision.az xəbər verir ki, terrorçu avtomobilə yerləşdirilən partlayıcı qurğunu polislərin olduğu ərazidə işə salıb.

Baş vermiş partlayış nəticəsində bir polis ölüb, daha ikisi isə yaralanıb.

Qeyd edək ki, hələlik heç bir qruplaşma terror aktını öz üzərinə götürməyib.

Azvision.az



Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti