Beyləqanda qəza: 1 ölü, 1 yaralı

  13 İyul 2019    Oxunub : 706
Beyləqanda qəza: 1 ölü, 1 yaralı
İyulun 12-də saat 16 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində Şirvan şəhər sakini E.Qarayevin idarə etdiyi “VAZ-21060” və A.İbrahimovun idarə etdiyi “MAZ” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində E.Qarayevin sərnişini, Masallı rayon sakini Şərif Cahangirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Beyləqan   Qəza