Xəstəxanada ölən şəxsin yaxınları axtarılır - FOTO

Xəstəxanada ölən şəxsin yaxınları axtarılır -    FOTO
  13 İyul 2019    Oxunub:1596
İyunun 30-da Səbail rayonu ərazisindən yıxılaraq kəllə-beyin travması almış 55-60 yaşlı kişinin xəstəxanaya gətirilməsi barədə 39-cu Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, huşsuz vəziyyətdə olduğundan həmin şəxsin dindirilməsi mümkün olmayıb. İyulun 11-də isə o, vəfat edib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02; (012) 437-02-02 şəhər və (050) 636-60-60; (055) 285-40-04 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Azvision.az


Teqlər: Kişi   Ölüm  





Xəbər lenti