"Facebook" texnologiya tarixinə düşdü

  13 İyul 2019    Oxunub : 876
 "Facebook" texnologiya tarixinə düşdü
ABŞ Federal Ticarət Komissiyası “Facebook”u 5 milyard dollar məbləğində cərimələyib.
Azvision.az xəbər verir ki, buna səbəb sosial şəbəkə nəhəginin 87 milyon seçicinin şəxsi məluatlarını şirkətlərə ötürməsidir.

Hökmün yerinə yetirilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyinin icazəsi gözlənilir. Kəsilən cəzaya görə, “Facebook”dan hər hansı bir açıqlama verilməyib.

Bununla da “Facebook” 2012-ci ildə 22 milyon dollar məbləğində cərimələnən “Google”u geridə qoyaraq, ən böyük məbləğdə cərimələnən texnologiya şirkəti ünvanına sahib olub.

Qeyd edək ki, "Facebook" seçicilərin məlumatlarını "Kembric Analytica" adlı şirkətlə bölüşərək 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə saxtakarlıq etməkdə ittiham edilir.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Facebook   Google   Cərimə