"Kənd təsərrüfatı texnikaları 30 faizə qədər ucuzlaşıb" - Mirzə Əliyev

  17 İyul 2019    Oxunub : 1186
 "Kənd təsərrüfatı texnikaları 30 faizə qədər ucuzlaşıb" - Mirzə Əliyev
"Ötən ilin sonunda Aqrar Kredit və İnkişaf Agentliyinin 79 milyon manatlıq kredit portfeli olmuşdusa, bu ilin birinci yarısında kredit portfeli 96 milyon manata çatıb".
Azvision.az xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin yarımillik hesabat-konfransında qurumun sədri Mirzə Əliyev bildirib. Sədr bildirib ki, proqnozlara əsasən cari ilin sonuna kredit portfeli 120 milyon manata yaxın olacaq.

"Bundan daha çox fermer yararlana bilər. Kredit portfeli 2017-ci ilin sonu ilə müqayisədə 12,61 faiz artıb. Bu il kənd təsərrüfatı istehsalı məhsullarının alışı 70,7 milyon manata bərabər olub. Cari ildə 136 kombayn, 316 ədəd traktor, 980 ədəd digər kənd təsərrüfatı texnikası satılıb. Bunun üçün 46 kredit təşkilatının xidmətindən istifadə edilib. Kənd təsərrüfatı texnikaları 30 faizə qədər ucuzlaşıb".

M.Əliyev qeyd edib ki, hazırda Agentlik tərəfindən 22 inkişaf layihəsi həyata keçirilir.

Azvision.az


Teqlər: Aqrar   Kredit