Avropanın 17 ölkəsindən 34 hüquqşünas tələbə Bakıda - Fotolar

Avropanın 17 ölkəsindən 34 hüquqşünas tələbə Bakıda -    Fotolar
  17 İyul 2019    Oxunub:3385
Bakıda Avropanın 17 ölkəsindən 34 gənc hüquqşünas tələbənin iştirakı ilə 5-ci “Beynəlxalq Yay Hüquq Məktəb”i keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyidir.
Azvision.az xəbər verir ki, beynəxalq tədbir insan alverinə qarşı mübarizəyə həsr olunmuşdur və açılış mərasimi Dövlət Miqrasiya Xidmətinin inzibati binasında baş tutub. Prezident Administrasiyasının əməkdaşı Elşən Bayramov, Dövlət Miqrasiya Xidməti Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Ülvi Əliyev və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Ramil Kazımov açılış nitqləri ilə çıxış ediblər. <ıxış edən natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan institutional və qanunvericilik islahatları barədə, eləcə də qanunsuz miqrasiya və insan alverinə qarşı aparılan uğurlu mübarizə barəsində tədbir iştirakçlarını məlumatlandırıblar.



O da diqqətə çatdırılıb ki, ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirilib. Hazırda, təşkilat Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının ilə birlikdə “ProDemos-Xalq üçün” maarifləndirmə layihəsinin həyata keçirməkdədir. Layihənin məqsədi sosial şəbəkələr vasitəsilə vətəndaşların maarifləndirilməsindən və ölkəmizdə aparılan hüquqi islahatlarını sadə və anlaşılan dildə vətəndaşlara çatdırılmasından ibarətdir.
Yay məktəbində xarici tələbələrin Azərbaycan Respublikasının Ali Məhkəməsinə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri təşkil olunub. Eləcə də, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçılar Heydər Əliyev Mərkəzini, Şəhidlər Xiyabanını, Xalça Muzeyini, Qız qalasını ziyarət ediblər.



Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır.Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.

Azvision.az



Teqlər: ELSA   Miqrasiya  





Xəbər lenti