Nazirlik əməkdaşlarına medallar təqdim edilib

Nazirlik əməkdaşlarına medallar təqdim edilib
  17 İyul 2019    Oxunub:2194
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə nazir Sahil Babayev bildirib ki, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması Prezident cənab İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən biridir.

Nazir eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə cənab Prezident tərəfindən daim böyük qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 22 iyun 2019-cu il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi də bunun növbəti təzahürü, dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.

S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.









Azvision.az



Teqlər: ƏƏSSM  





Xəbər lenti