Bu müəllimlər imtahanda yüksək bal topladı

Bu müəllimlər imtahanda yüksək bal topladı
  17 İyul 2019    Oxunub:1611
Müəllimlərin işə qəbulu imtahanında daha 3 nəfər yüksək nəticə göstərib
Təhsil Nazirliyinin mətbuat xidmətin Azvision.az -a verilən məlumata görə, iyulun 17-də ibtidai sinif müəllimliyi üzrə keçirilən işə qəbul imtahanlarında Aidə Mikayılova, Günel Məmmədova və Lalə Babayeva 58 bal toplayaraq yüksək nəticə əldə ediblər.

Aidə Mikayılova Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Pedaqoji Kollecinin, Günel Məmmədova Lənkəran Dövlət Humanitar Kollecinin, Lalə Babayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudurlar.

Qeyd edək ki, iyulun 18-də ibtidai sinif və təsviri incəsənət müəllimi olmaq istəyənlər imtahan verəcək.

Azvision.az




Teqlər: TN   Müəllim   İşəqəbul  





Xəbər lenti