Azərbaycanda 1400-dən çox məhkum elektron qolbaq daşıyır
A.Ziyadov bildirib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilərək bu ilin birinci yarımilində həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 1100-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib. Cəza müddəti başa çatan və digər qanuni əsaslara görə 300-dək məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır.
Azvision.az