Bulvarda ilanlar peyda olub?- Açıqlama
İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı Azvision.az -a bildirib ki, bulvar ərazisində ilanların olması xəbəri düz deyil.
“İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib”, - o əlavə edib.
G.Yelmarqızı qeyd edib ki, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub.
Qeyd edək ki, sosial şəbəkədə bulvar ərazisində ilanın olması ilə bağlı görüntü paylaşılıb.
Aytən Zəhra
Azvision.az