Avstriyada təyyarə qəzası, 3 nəfər ölüb

  19 İyul 2019    Oxunub : 687
Avstriyada təyyarə qəzası, 3 nəfər ölüb
Avstriyanın Tirol vilayətində üç nəfər təyyarə qəzası nəticəsində ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vatxla 17:30-da Vetterştayn dağ silsiləsində baş verib. Təyyarə 2,3 min metr hündürlükdə bir qayalıqda qəzaya uğradıqdan sonra sonra tamamilə yanıb.

Polisin məlumatına görə, təyyarə İtaliyadan Avstriyaya uçuş edirmiş.

Həlak olanların kimliyi müəyyənləşdirilməyib.

Azvision.az

Teqlər: Avstriya   Qəza   Təyyarə