Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb

  19 İyul 2019    Oxunub : 1263
 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb
Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, Otto Hauzer skripkaçı və konsertmeyster, məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olub.

Fəxri konsul bikdirib ki, artıq ansambl yaradılıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib.

"Almaniyada ilk olan Azərbaycan kamera orkestrinin repertuarı Vivaldidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur.
Orkestr aşağıdakı ifaçılardan ibarət tərkibdə fəaliyyət göstərir:

Ferhad Mehmet - skripka
Həsən Abasquliyev - skripka
İris İcellioğlu - alt
Nəriman Əkbərov – violonçel
Tair Turqanov - kontrabas
Timur Osmanov - fleyta
Meltem Kandemir - alt
Zeynep Akdil - violonçel
Arzu Məmmədova - skripka
Elgün Ağazadə - skripka
Feliks Knarozovski- faqot
Fərəc Əkbərov - klarnet
Fəridə Rüstəmova - skripka"

Fəxri konsul bildirib ki, Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün müxtəlif işlər görülür.

"Azərbaycanın Almaniyada daha da yaxşı tanıtdırmaq üçün kamera orkestrinin yaradırılması çox önəmlidir. Musiqi, mədəniyyət xalqlar arasında birliyin, birgə yaşayışın ən yaxşı vasitələrdəndir.
Azərbaycanlı üzvlərdən ibarət orkestr 40 gündən əvvəl Ştutqartda yaradılıb və vaxtaşırı məşqlər keçirilir. Bu anamblın tərkibində bir Türkiyə vətəndaş və bir Qazaxıstan əsilli şəxs peşəkarlar var və ilk gündən onlar yaxşı anlaşırlar".

Aytən Zəhra
Azvision.az

Teqlər: Almaniya   Orkestr