"Azdrama"nın 100 illik yubileyi qeyd olunacaq

"Azdrama"nın 100 illik yubileyi qeyd olunacaq
  24 İyul 2019    Oxunub:3158
Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, teatrın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçib. Milli Dram Teatrı eyni zamanda dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynayıb. Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişib. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoyan teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam  





Xəbər lenti