İstifadəyə yararsız 205 kq ət aşkarlanıb

İstifadəyə yararsız 205 kq ət aşkarlanıb
  24 İyul 2019    Oxunub:1417
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, növbəti belə tədbir iyulun 23-də nazirliyin əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Qaradağ rayonu ərazisində keçirilib.

Xocavənd rayon sakini V.Abdullayevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə baxış zamanı salondan və yük yerindən çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 205 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Azvision.az



Teqlər: AQTA   DİN  





Xəbər lenti