3 rayonda qaz olmayacaq

3 rayonda qaz olmayacaq
  25 İyul 2019    Oxunub:1689
Bu gün səhər saat 09.00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bundan başqa, daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır. Belə ki, Bərdə rayonunda saat 14.00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13.30-dan 15.30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti